Dünya futbolu

“Real” Benzema ilə yeni müqavilə imzalayır

“Real” klubu futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun 29 yaşlı oyunçuya 4 və ya 5 illik müqavilə təklif edəcəyi gözlənilir. Fransalı futbolçu bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 8 milyon avro olacaq. O, hazırda “Real”dan illik 5 milyon avro qazanır.

Xatırladaq ki, K.Benzemanın hazırkı müqaviləsi 2019-cu ildə başa çatır.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm “Real”ın heyətində bütün turnirlər daxil olmaqla 27 görüşdə iştirak edib və 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43