Kateqoriyasız

“Real”a ŞOK cəza – 2 il transfer edə bilməyəcək?

Madridin “Real” klubu transfer qadağası təhlükəsi ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “El Mundo Deportivo” yazıb

Mənbə iddia edir ki, FIFA “Real” Madridə iki mövsümlük transfer qadağası qoyub. Buna səbəb “Kral klubu”nun 18 yaşı tamam olmayan futbolçularla müqavilələrində saxtakarlığa yol verməsidi.

Qərarın ali futbol qurumu tərəfindən yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43