Dünya futbolu

“Real”da ciddi itki

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Bavariya”nın qonağı olacaq “Real” ciddi itki ilə üzləşib.

“Kral klubu”nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyunöncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Bavariya” – “Real” oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43