Premyer Liqa

“Kəpəz”in istirahəti başa çatdı

Azərbaycan Premyer Liqasının XXVI turunda Gəncədə “Qəbələ” ilə görüşəcək “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına start verib.

İdmanxeber.com-un məlumatına görə, Bakıda hazırlaşan komandanın ilk məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub.

Bu gün keçirilən çalışmalarda yüngül zədəsi olan Dario Frederiko iştirak etməyib. Braziliyalı sabahdan komandaya qoşulacaq.

“Sarı-göylər” aprelin 13-ü və 14-də “İnter Arena”da məşq edəcəklər. Hazırlıq prosesləri saat 10:30-da başlayacaq. Nizami yurdunun təmsilçisi oyundan öncəki son məşqini doğma meydanda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43