Dünya futbolu

Simeone üçün 20 milyon ödənilməlidir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin müqaviləsinə xitam verilməsi üçün kompensasiyanın məbləği məlum olub.

İdmanxeber.com-un məlumatına görə, hazırda bu mütəxəssislə ciddi şəkildə “İnter” və Argentina millisi maraqlanır.

46 yaşlı məşqçinin müqaviləsində 20 milyon avro dəyərində bənd var. Bəzi məlumatlara görə, bu məbləğ hətta 30 milyona yaxındır.

Qeyd edək ki, Argentina Futbol Federasiyasından hələlik heç kim onunla əlaqəyə girməyib. Simeonenin özü də gələn ili “Atletiko”da keçirmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43