Dünya futbolu

“Real”dan Mbappe açıqlaması

“Real”ın prezidenti Florentino Peres “Monako”nun futbolçusu Kilian Mbappe ilə maraqlandıqlarını təsdiqləyib.

İdmanxeber.com-un məlumatına görə, o, fransalı oyunçunu transfer edə biləcəklərini deyib: “Hazırda dəqiq bir şey söyləyə bilmərəm, ancaq hər şey mümkündür. Onu transfer edə bilərik”.

Qeyd edək ki, “Monako”nun K.Mbappeyə 150 milyon avro qiymət qoyduğu iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43