Dünya futbolu

“Barselona”nı Valverde çalışdıracaq? (RƏSMİ)

“Barselona” “Atletik”in (Bilbao) baş məşqçisi Ernesto Valverde ilə danışıqlar apardığı barədə iddialara münasibət bildirib.

Klub rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bu xəbərləri təkzib edib. “Barsa” sözügedən mütəxəssis və “Atletik”lə danışıqlar aparmadığını bildirib.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Luis Enrike mövsümün sonu Kataloniya klubunu tərk edəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43