Kateqoriyasız

“Real”ın yeni transferi: “Ronaldo dünyanın ən yaxşı futbolçusudu. Sonra isə Messi gəlir”

“Real”a transferi olunan Xavier Erandes yeni komandası barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Erandes bu fikirləri bildirib:

“Əsas heyətə düşmək uğrundan Kərim Benzemayla mübarizə aparacağıma görə çox sevinirəm. “Mançester Yunayted”də Berbatov, Runi və Van Persilə rəqabət aparmışam.

Qarşılaşdırmaları xoşlamıram. Hər futbolçu komandaya nəsə qatır. Benzema qol vurur və çoxlu məhsuldar ötürmələr verir. Söhbət çox yönlü futbolçudan gedir.

Ronaldo və ya Messi? Ronaldo dünyanın ən yaxşı futbolçusudu. Sonra isə Messi gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43