Kateqoriyasız

Rednikin “Xəzər Lənkəran”a gəlib-gəlməyəcəyini göstərən – FAKT

Belçika çempionatında 16-cı turun oyunları keçirilir.

Mirça Rednikin başçılıq etdiyi "Gent" nəhayət ki, azarkeşlərini sevindirə bilib. Rumıniyalı mütəxəssisin gəlişindən sonra 3 tur idi ki, qələbə qazana bilməyən "Gent" bu dəfə öz meydanında "Vaaslan Beveren"i məğlub edərək, qələbəsizliyə son qoyub – 2:0.

Qeyd edək ki, Toşakın istefa verməsindən sonra "Xəzər Lənkəran"ın sükanı arxasına keçəcəyi gözlənilən məşqçilər sırasında Rednikin də olduğu bildirilir. Əgər bu turda "Gent" qələbə qazana bilməsəydi, o zaman Rednikin yeni iş yerindən tez bir zamanda ayrıla biləcəyi gözlənilən idi. Ancaq indiki halda bu qələbədən sonra Rednikin ordan ayrılacağı və ya "Gent"in onu buraxacağı heç inandırıcı görünmür. Onsuz da rumıniyalı mütəxəssis Belçkia klubu ilə 1 illik müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43