İdman

Renat Dadaşov 90 dəqiqə oynadı

Millimizə cəlb olunan Renat Dadaşov  “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt təmsilçis doğma meydanda “Qroyter Fyurt” ilə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov sona qədər meydanda olub.

Qeyd edək ki, “Ayntraxt” 24 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43