Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, B Seriyası təmsilçisi “Bari” yığmamızın üzvünü heyətinə cəlb etmək istəyir.
İtaliya klubu hazırda 62 xalla 3-cü sıradadır. Komanda növbəti mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparır.
İsveçrənin “Qrasshoppers” klubunda çıxış edən Dadaşov bu mövsüm çempionatda 30 oyunda 8 qol vurub.