Premyer Liqa

Renduliç: “Bir qol vurdular və qalib gəldilər”

“Belə oyundan sonra nəsə demək çətindir. Futbolçularımın mübarizəsinə görə onlara təşəkkür edirəm. Oyuna nəzarət bizdə idi. Rəqibin yaxşı komanda olduğunu bilirdik. Kiçik səhv etdik və məğlub olduq. Futbolda belə hallar olur. Oyunu dəyişməyə çalışdıq, ancaq alınmadı. “Zirə”ni də qələbə münasibətilə təbrik edirəm. Bir qol vurdular və qalib gəldilər. Deməli, qələbəyə layiq idilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah” – “Zirə” (0:1) görüşündən sonra ev sahibinin komandanın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Avrokubok yarışının növbəti turlarda həll olunacağını bildirib:

Hələ heç nə həll olunmayıb. Qarşıda 8 oyun oyun. Hər şey dəyişə bilər. 2-ci sırada da ola bilərik, 4-cüdə də. 5-6 komanda bir-birinə yaxındır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43