Müsahibə

Rəşad Sadıqov: “Qurban müəllim komandanı fasilədə tənbeh elədi” (MÜSAHİBƏ)

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İnter"lə oyundan sonra İdmanxeber.com-a müsahibə verib:

– Böyükhesablı qələbə… Komandanı finalda hesab edə bilərikmi?

– Bu, gözlənilen sualdı. Çünki böyük hesabla qalib gəldik. Bəli, demək olar ki, finala yaxınıq. Lakin futbol arxayınlığı sevməyən idman növüdü. Cavab oyununda da sona kimi mübarizə aparacağıq.

– Maraqlıdı, "Qarabağ" 4:0 qalib gəlməyə nə motivasiya eləmişdi?

– Sözün düzü, birinci hissə bizim üçün ağır keçdi. "İnter" çempionatdakı son oyunda bizi yaxşi analiz etmişdi. Hücum qurnaqda çətinlik çəkirdik. Qurban müəllim komandanı fasilədə tənbeh elədi, çıxıb ikinci hissədə daha yaxş oynadıq və istədiyimiz nəticəni qazandıq.

– Tahir Gözəl oyundan narazılığını bildirdi. Dedi ki, "Qarabağ"  "kifayət qədər" oynayır, tam istənilən kimi deyil…

– Tamamilə razıyam bu fikirlə. Kubok oyunlarında nəticəni fikirləşirsən. Əsas qol buraxmamaq, uduzmamaqdı. İlk iki qolu yaxsi kombinasiya qurub vurduq. "İnter" də güclü komandadı,  ehtiyat edirdik onlardan. Fikirləşirdik ki, birdən qol vurar, sonra da müdafiəyə qapanarlar. İkinci qolu vurandan sonra daha rahat oynamağa başladıq.

– Cavab görüşündə hesabı qoruyacaqsız, yoxsa qələbə sayını artırmaq istəyəcəksiz?

– Bizi izləyən və sevən azarkeşlər var. "Qarabağ"da oynamaq məsuliyyətdi. Ona görə biz yenə öz oyunumuzu oynayacağıq.

– "İnter"in heyətində ən çox qol vurmaq istəyən elə "Qarabağ"ın keçmiş futbolçuları idi – Rauf Əliyevlə Vüqar Nadirov. Bir epizodda Vüqarla "atışdın"…

– Hər ikisinin xətrini çox istəyirəm. Özləri də bilir. Mənim üçün sevindirici haldı ki, onlar start heyətində meydanaçıxmışdı. Yaxşı mübarizə apardılar. Onların bir komandada oynaması milli naminə yaxşı haldı. Qol da vura bilərdilər bizə. İmkanlari var idi. İbrahim Şehiç həmin epizodlarda yaxşı oynadı.

– Son 2-3 gündə cəbhədə vəziyyət yenidən gərginləşib. Qarabağda müharibə yenidən qızışa bilər. Heç bu barədə fikirləşirsən?

– Cәbhәdә vәziyyәt həqiqətən gәrgindi. Әsgәrlәrimiz bilsin ki, biz onlarlayıq. Çünki bütün fikrimizi ora yönәltmişik. Hәr zaman yanlarında olmağa hazırıq. Biz bunu söz kimi demirik. Sözümüzün dә arxasında durmağa hazırıq. Uşaqlarla danışmışıq vә cәbhә bölgәsindәki hәrbi hissәlәrdәn birinә getmәk istәyirik. Amma gәrginlik olduğu üçün deyirlәr ki, bizi ora buraxmayacaqlar. Amma imkan olan kimi yollanacağıq. Bu barәdә fikrimiz var. Legionerlәrimizә dә durum haqqında mәlumat veririk. Onlar da vәziyyәtdәn xәbәrdardılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43