Dünyadan

Ronaldo yenə “Real”ı sevindirmədi

Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo daha bir oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, portuqlaiyalı forvard zədə səbəbindən La Liqanın 36-cı turunda “Real Sosyedad”a qarşı oynamayacaq.

Zədəsini sağaltmaqla məşğul olan futbolçunun Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə qarşı cavab matçında iştirak edib-etməyəcəyi də sual altındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43