Ölkə futbolu

“Rəvan” bu gün AZAL-la qarşılaşacaq

Seleksiya xarakterli məşqlərini davam etdirən “Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, “aslanlar” “siftə”ni Premyer Liqa klubu ilə edəcəklər.

Rəqib isə AZAL-dı. Bu gün “AZAL Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Baş məşqçi Ramil Əliyev bu oyunda əsasən baxışda olan futbolçulara şans verəcək.

Qeyd edək ki, “Rəvan” ikinci yoxlama matçını iyulun 12-də keçirəcək. Paytaxt klubu “Sumqayıt”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43