Kateqoriyasız

“Rəvan”ın yeni məşqçilər korpusu müəyyənləşdi

“Rəvan”ın baş məşqçisi Ramil Əliyevlə yolları ayırıb.

İdmanxeber.com-uın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda millimizin sabiq futbolçusu Emin Quliyevə həvalə olunub.

Artıq E.Quliyevin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.

Yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, ötən mövsüm I divizionda mübarizə aparan “Rəvan” yeni mövsümdən Premyer Liqada iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43