Kateqoriyasız

“Rəvan”la oyun öncəsi “Qəbələ”də iki itki

Həftəsonu “Rəvan”la Bakıda qarşılaşacaq “Qəbələ” bu oyunda iki futbolçusunun xidmətindən məhrum olacaq.

İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Umar Kalabane zədə, Leonardo da Silıva isə sarı kart limitini aşdığı üçün Bayıldakı oyunu buraxmalı olacaqlar. 

Qeyd edək ki, “Rəvan” – “Qəbələ” oyunu sabah saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43