“Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldonun müsahibәsi
– AFFA rəsmiləri milli komandada oynamağınızda maraqlı olduğundan sizinlə danışıqlar aparılacağı bildirilir. Bundan xəbəriniz varmı?
– Sevinirəm ki, azərbaycanlı azarkeşlәr çıxışımdan razıdı. Əgər AFFA rəhbərliyi də oyunumdan razıdırlarsa, buna görə ancaq və ancaq sevinərəm. Amma hələlik rəsmi dəvət yoxdu. Olarsa, ətraflı danışmaq mümkündü.
– AFFA-nın baş katibi Elxan Mәmmәdov sizə görə FİFA-ya müraciət ediləcəyini söyləyib. Bununla yanaşı, baş katib bildirib ki, Reynaldo milliləşdiriləndən sonra “Qarabağ”dan daha güclü kluba keçə və Azərbaycan yığmasına gəlməyə bilər…
– Mәnim “Qarabağ”la 2018-ci ilәdək müqavilәm var. Hәlәlik komandamın uğurları üçün çalışıram. Tәbii ki, qarşıdakı illәrdә mənə böyük tәklif gələ və bunu dəyərləndirə bilərəm. Bu da normaldı.
– Təbii ki, daha iddialı kluba getməyiniz normaldı. Başqa ölkәyә gedəcəyiniz təqdirdə, Azәrbaycan millisindәn imtina edərsiniz?
– Xeyr, Azərbaycan yığmasından heç vaxt imtina etmərəm. Әgәr Azәrbaycan millisindә oynamağı qәbul edərәmsә, yığmadan necə boyun qaçıra bilərəm? Bu, mümkün deyil. Yığmada oynasam, “Qarabağ”da olduğu kimi әlimdәn gәlәnin әn yaxşısını edәcәm.
– Elə “Qarabağ”ın Avropa Liqasının qrup mәrhәlәsinə yüksəlməsində də rolunuz az olmadı…
– Qrup mərhələsində oynamaq çox gözәl hissdi. Bildiyiniz kimi, pley-off mәrhәlәsindә Hollandiyanın “Tvente” klubunu mübarizədən kənarlaşdırdıq. İndi bizi çәtin oyunlar gözlәyir. İtaliyanın “İnter”, Fransanın “Sent-Etyen” vә Ukraynanın “Dnepr” klublarının yer aldığı qrupdayıq. Nə qədər ağır qrup olsa belə, ikinci yerə iddialıyıq.
– “Qarabağ”ın qrupda ikinci pillәni tutması mümkündü?
– Әlbәttә. Çox yaxşı komandamız var. Ona görә də uğurlu nәticәyә inanıram.
– Avroliqada uğurlu çıxış etsəniz də, eyni sözləri Topaz Premyer Liqası haqda demək olmur…
– Bu mәqam bizi dә düşündürür. Çempionata yaxşı başlamadıq. “Sumqayıt”la oyunda adi bir sәhvdәn texniki məğlubiyyət aldıq. Digәr görüşlərdə heç-heç etdik. Bizim әn böyük problemimiz süni meydanda oynaya bilmәmәyimizdi. Süni ot örtüyündә problemlәr yaşayırıq.
– Bәlkә çempionatı Avroliqaya qurban verdiniz?
– Xeyr, elә demәzdim. Çünki belә niyyətimiz yoxdu.
apasport.az