Kateqoriyasız

“Sumqayıt”ın meneceri “Barselona”nın sabiq futbolçusu ilə niyə görüşdü?

“Sumqayıt” Futbol Klubunun Baş meneceri Ceyhun Sultanov Belarusun paytaxtı Minsk şəhərindən işgüzar səfərdən qayıdıb. 

İdmanxeber.com-un məlumatına görə, klub nümayəndəsi adıçəkilən ölkənin Futbol Federasiyası, BATE klubunun nümayəndə və məşqçi heyəti ilə görüşüb. Belarusdakı klubların iş sistemi ilə maraqlanan Sultanov adıçəkilən ölkədə çıxış edən Azərbaycan əsilli futbolçular haqqında məlumat toplayıb.

“Dörd günlük səfər çox səmərəli keçdi. Belarusda təlim-məşq toplanışları təşkil etmək üçün əlverişli şərait var. Oradakı otel və məşq meydançaları ilə maraqlandım. Bundan başqa, federasiya nümayəndələri ilə görüşüb klublardakı menecerlik sistemi ilə tanış oldum. BATE klubunun baş məşqçisi Aleksandr Yermakoviç və Belarusun canlı əfsanəsi Aleksandr Qleblə fikir mübadiləsi aparıb səmərəli qeydlər götürdüm”- deyə Sultanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43