Premyer Liqa

“Xəzər Lənkəran” yalanladı və sevindirdi

Premyer Liqanın V turu çərçivəsində "Neftçi" ilə "Böyük oyun"da üz-üzə gələcək "Xəzər Lənkəran" prinsipial matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubunun zədəli olduğu deyilən futbolçusu Adrian Skarlatake komandayla birgə məşq edir.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında Skarlatakenin zədəli olmadığını və "Neftçi" ilə vacib matçda meydana çıxacağını bildirib:

"Skarlatake zədəli deyildi ki… Bilmirəm bu söhbətlər hardan çıxır. O, komandayla birgə məşq edir və "Neftçi" ilə oyunda məşqçimizin sərəncamıənda olacaq".

Qeyd edək ki, "Neftçi" – "Xəzər Lənkəran" matçı sentyabrın 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43