Ölkə futbolu

Reynaldo & Corc Leroy – “Neftçi” – 7:2

TPL-in 24-cü turu çərçivəsində üz-üzə gəlmiş “Neftçi” və “Qarabağ” çempionatlar tarixində 55-ci dəfə qarşılaşıblar.

İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, tarixində ikinci dəfə “Neftçi” üzərində böyükhesablı qələbə qazanmış “Qarabağ”ın zəfərində xüsusi məqam diqqəti cəlb edib.

Belə ki, 4:1 hesablı qələbədə het-trik etmiş Reynaldoya bütün sonuncu ötürmələri Leroy verib. İkilikdə rəqibi çökdürmüş duet 2-ci dövrədə baş tutmuş və 3:1 hesabı ilə başa çatmış görüşün də taleyini həll etmişdi. Həmin oyunda Reynaldonun dublu zamanı Surinam əsilli holland futbolmu assistent rolu oynamışdı. Maraqlıdır ki, Jumbinyonun penalti ilə fərqləndiyi 3-cü qolda da penalti məhz Reynaldoya qarşı kobudluğa görə qeydə alınmışdı.

Son iki qarşılaşmada “Flaqman” üzərində qeydə alınmış 3:1 və 4:1 hesablı qələbələrdə Reynaldo və Leroyun göstəriciləri diqqət çəkir:

Reynaldo – 5 qol, 1 penalti;

Leroy – 5 ötürmə, 1 qol.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43