Kateqoriyasız

“Reynaldonu sata bilərik” – Qurban Qurbanov

“Qarabağ”ın hücumçusu Reynaldo Silvaya xarici klublardan təkliflər var.

İdmanxeber.com qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.  O, braziliyalı futbolçuya gələn təklifləri dəyərləndirdiklərini bildirib:

“Reynaldonun basqa kluba satılması ilə bağlı ehtimallar var. Bir neçə real teklif almışıq. Biz bütün təklifləri dəyərləndirməyə çalışırıq. Lakin qarşıda Avroliqa oyunlarımız var. Reynaldo bu oyunlarda özünü daha yaxşı göstərib səviyyəli klublara gedə bilər. Biz təkcə Reynaldonun yox, digər futbolçuların da daha yaxşı klublara keçməsinə mane olmarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43