Müsahibə

Reynaldonun qovulmasına səbəb olan futbolçu: “Hakim üçün çətin qərar idi”

Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Andre Ramalyo idmanxeber.com saytına müsahibə verib.

– Oyunla bağlı düşüncələrini bilmək istəyərdik…

Bizim üçün çox ağır oyun oldu.”Qarabağ”ın əlinə bir fürsət düşdü və son dəqiqələrdə də bunu dəyərləndirdilər. Ümumilikdə isə komandamız üçün çox ağır bir oyun oldu. Mən ümid edirəm ki, cavab matçında qalib gəlib mərhələ adlayacağıq.

– “Qarabağ”dan belə bir oyun gözləyirdinmi?

“Qarabağ” bu gün çox yaxşı oynadı. Xüsusi ilə braziliyalıları bu gün meydanda əsl mübariz oyun göstərdilər.

– Hakim 3 qırmızı vərəqə göstərdi. Bunlarla bağlı nə deyərdin?

İlk qırmızı vərəqədə sizin futbolçunuzun bir sarısı var idi. Sonrakı epizodda göydə uçaraq topu əli ilə saxlması normal sarı kart idi ki, hakim də bunu belə qiymətləndirdi. Ancaq Reynaldonun qırmızısı haqda nəisə deyə bilmərəm. Çünki hakim üçün çətin qərar idi. Təkrara baxdıqdan sonra bir fikir bildirmək olar.

– Cavab matçı üçün nə deyərdin?

Biz prezidentimiz, azarkeşlərimiz üçün mübarizə aparıb, mərhələ adlayacağıq. 





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43