Kateqoriyasız

Qurban Qurbanovun “B” planı: Reynaldonu kim əvəzləyəcək?

"Qarabağ"ın "Zalsburq" önündəki möhtəşəm qələbəsinin ardından diqqətlər qırmızı vərəqə alan Admir Teli və Reynaldoya çevrildi.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvlərinin ikisinin də Avstriyada olmayacağı bəllidi. 

Klubun baş məşqçisi Qurban Qurbanov açıqlamasında Reynaldonun yerinə Vüqar Nadirovu oynadacağını gizlətməyib:

"Reynaldo qırmızı vərəqə almayaydı, əgər alıbsa Vüqar var. Vüqar bu oyunda da meydanda görə bilərdik. Lakin oyunun gedişinə görə onu meydana buraxa bilmədi. Vüqar son zamanlar artıran futbolçulardandı və inanıram ki, səfərdə sözünü deyəcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43