İdman

Reynaldonun yeni klubu nəhayət bəlli oldu – FOTO

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın “Aktobe” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo ardıcıl 3 dəfə – 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43