İdman

Robert Prosineçki millinin Şimali İrlandiya ilə oyun üçün heyətini açıqladı

Mayın 15-dən 20-dək Bakıda, mayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçiriləcək  oyun üçün baş məşqçimiz Robert Prosineçki aşağıdakı futbolçulara güvənəcək:

Qapıçılar: Kamran Ağayev (klubsuz), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi “Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43