Kateqoriyasız

Roman Qriqorçuk: “Məğlubiyyətə görə pis olmuşuq”

"Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Məlubiyyətə görə çox pis olmuşuq. Rəqib güclü komanda idi və bu gecə maraqlı oyun keçdi"

İdmanxeber.com-un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsinin II turunda "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirən ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

"İlk hissədə nədə geri qaldığımızı gördük. Hücuma başlarkən, nəyin lazım olduğunu bildik və dəyişikliklər özünü göstərdi. "Krasnodar" da oyunun sonuna yaxın müəyyən dəyişikliklər etdi. Bu da onların oyununa və nəticəyə təsir etdi. Gördüm ki, qələbə qazana bilərik. Komandam hücumda yaxşı oynayırdı və buna gücümüz çatırdı. Bu səbəbdən hesabı qorumağa çalışmadıq. Dəyişiklikdən sonra rəqib futbolçu müdafiəçilərimizi ustalıqla aldatdı. Hücumçuya qarşı 5 müdafiəçi də oynasa, onun ustalığı varsa keçməlidir"

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43