Ölkə futbolu

Roman Qriqorçuk: “Nəticədən üzgün deyilik”

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun “Sent-Etyen” (Fransa) – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 

İdmanxeber.com xəbər verir ki, ukraynalı mütəxəssis görüşlə bağlı bunları söyləyib: 

“Nəticədən üzgün deyilik. Belə oyuna görə məyus ola bilmərik.  Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Düşünürəm ki, hesab oyuna görə idi. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdur. Çünki çox güclü komandaya uduzmuşuq. 

Təxminən 3 il əvvəl “Çernomorets”in baş məşqçisi olduğum vaxt Fransada “Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm. Çünki fərqli vəziyyətlərdir. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq. 

Görürəm ki, hər 3 rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. Bu da komandamıza lazımdır. İnanıram ki, komanda daha güclü olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İnter” “Xəzər Lənkəran”ı darmadağın etdi – VİDEO

admin

Robert Prosineçki: “Belə derbi görməmişdim” – VİDEO

admin

“Böyük oyun”un qalmaqallı hakimi “Neftçi” fanatlarının gülüş obyekti oldu – FOTO

admin