“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk Ukraynanın “Dinamo” klubunda baş məşqçi postuna əsas namizəddir.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Kiyev klubunun prezidenti İqor Surkis baş məşqçi postunda sırf Roman Qriqorçuku görmək istəyir. Onunla 1 illik müqavilə imzalamaq nəzərdə tutulub. Hətta klub prezidenti baş məşqçi üçün “Qəbələ”yə kompensasiya da ödəməyə hazırdır.
Xatırladaq ki, hazırda Ukrayna klubunun baş məşqçisi Sergey Rebrovdur.