Dünya futbolu

“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi

“Roma”nın yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib.

O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub.

Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43