Dünyadan

Ronaldinyo Alekslə görüşdü – FOTO

“Beşiktaş”la razılığa gələn ulduz futbolçu Ronaldinyo və “Fənərbağça”nın sabiq oyunçusu Aleks De Souza Braziliyada bir araya gəlib. 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu görüşdə Roni, Alekslə “Beşiktaş” və Türkiyə futbolu barədə müzakirə aparıb.

Qeyd edək ki, Ronaldinyo hazırda “Atletiko Mineyro”ya məxsusdur və onun müqaviləsi yaxın günlərdə başa çatacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43