Dünya futbolu

Ronaldinyo “Qəbələ” ilə müqavilə imzaladı

Ötən ilin sonlarında Bakıya səfər edən Ronaldinyo ölkəmizdə futbol məktəbi açacaq.

İdmanxeber.com-un məlumatına görə, bunun üçün braziliyalı bu gün “Qəbələ” ilə rəsmi sözləşmə imzalayıb. İmzalama mərasimi Dubayın “Burc əl Ərəb” otelində baş tutub. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun iştirak etdiyi imzalama mərasimində tərəflər 2 illik sözləşməyə qol çəkiblər.

Qeyd edək ki, tədbir Ronaldinyonun rəsmi “facebook” səhifəsi vasitəsi ilə canlı yayımlanıb. Tədbirdə çıxış edən klubun kommersiya direktoru Mustafa Aztopal qonaqlara Azərbaycanla bağlı məlumatlar çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43