İdman

Hacı Əliyev yeniyetmələrə master-klass keçdi

Olimpiya Güləş Mərkəzində Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat Dünya çempionu Hacı Əliyev “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə master-klass təlimi verib.

İdmanxeber.com-un məlumatına görə, master-klass “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Master-klasslar idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.

Master-klass zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirin praktik məsləhətlərindən yararlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43