Dünya futbolu

Ronaldinyo “Şapekoense”da oynamaq istəyir

Ronaldinyo futbolçularının çoxu təyyarə qəzasında dünyasını dəyişmiş “Şapekoense” klubunda oynamaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə braziliyalı ulduzun qardaşı və meneceri Roberto Assis açıqlama verib:

“Baş verənlər çox üzücüdür. Biz hər kəsə bacardığımız qədər kömək edəcəyik. Ronaldinyo “Şapekoense”də oynamaq istəyir. Lakin bunun baş verib-verməyəcəyini əminliklə söyləyə bilmərəm. Biz burdayıq və dəstək olmaq istəyirik”.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Braziliya klubunun əksər futbolçuları həyatlarını itiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43