Dünyadan

Ronaldo üçün təcili yardım çağırıldı

“Real”ın futbolçusu Kriştiano Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.

İdmanxeber.com-un məlumatına göeə, portuqaliyalı hücumçu ötən bazar günü istirahətdən qayıdan zaman əlindəki ağrı səbəbindən idarə etdiyi avtomobili dayandırıb və təcili yardıma zəng vurub. K.Ronaldonun avtomobili üçün evakuator da çağırılıb.

Qeyd edək ki, Ronaldo İspaniya La Liqasının 19-cu turunda “Malaqa” ilə oyunda meydana əli sarıqlı vəziyyətdə çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43