Dünyadan

Ronaldodan növbəti rekord

Kriştiano Ronaldo daha bir rekord qırıb.

İdmanxeber.com-un məlumatına görə, Kriştiano Ronaldo dünən Avropa Çempionatının qrup qarşılaşması çərçivəsində baş tutan Portuqaliya – Ermənistan oynunda vurduğu qolla yeni rekord müəyyənləşdirib. Portuqaliyalı ulduz oynun 72-ci dəqiqəsində vurduğu qolla komandasına üç xal qazandırıb. Avropa Çemiponatları çərçivəsində 23-cu dəfə fərqlənən futbolçu turnirdə ən çox qol vuran futbolçu ünvanına sahib olub.

Xatırladaq ki, daha öncəki rekord karyeralarını başa vuran Tükiyə yığmasının keçmiş futbolçusu Hakan Şükürə və Danimarka millisin uzvu Yon-Dal Tommasona məxsusdu. Hər iki hücumçu turnir ərzində 22 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43