Kateqoriyasız

Ronaldonun itələdiyi hakim “Neftçi”nin oyununda – UEFA açıqladı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cavab matçı üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 28-də Bakıdakı “Bakcell Arena”da oynanılacaq matç İspaniya Futbol Federasiyasından Rikardo de Burqosa həvalə olunub. Ona həmyerliləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Ronaldo “Real” forması ilə 2-107-ci ildə “Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələmiş və 5 oyunluq cəzalanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43