Kateqoriyasız

Rövnəq Abdullayev: “Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməməsi barədə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında bunları deyib:

“O vaxt Qurbanovu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43