Dünya futbolu

Roy Hocsonun yeri doldurula bilər

İngiltərə millisinin baş məşqçisi postundan istefa verən Roy Hocsonun yeri doldurula bilər.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı çalışdırıcı Quus Hiddink ingilislərin baş məşqçisi ola bilər.

Təcrübəli mütəxəssis bu postda çalışmaq üçün İngiltərə Futbol Federasiyasına xəbər göndərib.

Qeyd edək ki, son olaraq ötən mövsüm “Çelsi”ni çalışdıran 69 yaşlı mütəxəssis indiyədək PSV, “Fənərbaxça”, “Valensiya”, “Real”, “Betis”, “Çelsi”, “Anji” klublarına, Hollandiya, Cənubi Koreya, Avstraliya, Rusiya və Türkiyə millilərinə başçılıq edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43