Milli komanda

Rüfət Dadaşov: “Məni yığmaya çağırmaması axmaqlıq idi”

Rüfət Dadaşov qarşıdakı oyunlardan ümidlidir.

Millimizin hücumçusu və Bundesliqa III təmsilçisi “Proyssen” klubunda çıxış edən Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. O, Malta ilə oyundakı heç-heçədən narahat olduqlarını bildirib:

“Farer adalarına böyük hesabla qalib gəlsək də, Malta ilə bərabərlik bizi ciddi narahat edir. 2-3 epizodda qol vurmaq üçün yaxşı  şanslarım oldu. Təəssüf ki, onları qola çevirə bilmədim. Ancaq nəzər yertirsək qrupdakı heç bir oyunda məğlub olmamışıq. Ümid edirəm ki, noyabrdakı toplanışda yenidən milliyə dəvət ediləcəm”.

Dadaşov yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkinin onu Regional Liqada çıxış etdiyi üçün yığmaya çağırmamasını axmaqlıq adlandırıb: “Əslində bu, axmaqlıqdır. Ancaq indi yenidən özümə güvənirəm


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43