İdman

Rusiyada keçiriləcək dünya çempionatının daha bir millisi bəlli oldu

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının daha bir iştirakçısının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, mundialın seçmə mərəhləsinin 9-cu turunun oyunları çərçivəsində Avstarilya yığmasını iki cavabsız qolla üstələyən Yaponiya millisi vaxtından əvvəl DÇ-na vəsiqəni təmin edib. Mundiala Asiya qitəsindən qatılan yaponlar 6-cı dəfə bu uğura sevinib.

Gündoğan ölkə təmsilçisi ev sahibi Rusiya, həmçinin Braziliya və İrandan sonra mundialda iştirak hüququna yiyələnən 4-cü komanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43