İdman

Ruslan Abışov əməliyyat olundu: “Hər şey yaxşı olacaq”

“Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Almaniyada olan əməliyyat uğurlu keçib.

Komandanın kapitanı bununla bağlı  açıqlama verib. O, özünü yaxşı hiss etdiyini bildirib: Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın “Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43