Ölkə futbolu

Ruslan Abışov məşqlərə nə zaman başlayacaq?

“Neftçi”nin futbolçusu Ruslan Abışov zədə səbəbindən Qətərlə yoxlama oyunu üçün millimizin heyətindən kənarlaşdırılsa da, durumu ciddi deyil.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın kapitanı yaxın günlərdə komanda ilə məşqlərini bərpa edəcək. Bu barədə məlumatı futbolçunun meneceri, qardaşı Sərxan Abışov verib: “Ruslanın durumu ciddi deyil. Sadəcə, bərpa prosesi keçəcəyi üçün millidən kənarda qaldı. 2-3 günə “Neftçi” ilə məşqlərə start verəcək”.

Qeyd edək ki, Ruslan Abışov Topaz Premyer Liqasının XIX turunda “Kəpəz”lə oyunda zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43