Kateqoriyasız

“Səbail” üçün finalandiyalı hakimlər

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatea Krayova” (Rumıniya)  oyununa hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı Finlandiya Futbol Federasiyasından hakimlər idarə edəcək. Görüşün baş hakimi Ville Nevalaynen
olacaq. Ona Mikko Alakare və  Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcək.

Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək görüş iyunun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43