İdman

Şəhid əmanətləri “Xəzər Bakı”nın qonağı oldu!

“Xəzər Bakı” Futbol Klubu və “ƏMANƏT” layihəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün futbol üzrə master klass keçirilib.

Klubumuzun məşqçiləri Seyran Əbilov və Cəlal Həsənli tərəfindən keçirilən ustad dərslərində “Xəzər Bakı”nın üzvləri ilə yanaşı Şəhid Samir İslamovun əmanətləri İdris və İslam İslamzadələr, Şəhid Müzəffər Ağalıyevin əmanətləri Nurlan və Fərid Ağalıyevlər, Şəhid Telman Kəlbiyevin əmanətləri Elcan və Səid Kəlbiyevlər də iştirak ediblər.

Daha sonra “Xəzər Bakı”
Futbol Klubunun və “ƏMANƏT” layihəsinin komandası arasında yoldaşlıq görüşü keçirilib.

Təlimin sonunda əmanətlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43