Ölkə futbolu

“Sabah” İsveçrə klubu ilə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində son rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydıı xəbərə görə, Bakı təmsilçisi son oyununu İsveçrənin “Syon” klubunun U-21 komandasına qarşı keçirəcək. Görüş sabah Bakı vaxtı saat 16:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” klubunu məğlub edib (1:0), Qazaxıstan “Tobol”uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi “MTK Budapeşt”dən isə üstün olub (3:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43