Ölkə futbolu

“Sabah” Qazaxıstan və Macarıstan klubları ilə üz-üzə gələcək

Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komandamız yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubuyla üz-üzə gələcək.

Xatırladaq ki, “Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin adı yaxın günlərdə açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43