Kateqoriyasız

“Sabah”da yeni müqavilə

“Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi, komandada 19 oyun keçirib, 1 qola imza atıb.

Qeyd edək ki, Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43