Kateqoriyasız

“Sabah”da yeni təyinatlar: Futbolçu məşqçi oldu

“Sabah”ın əvəzedici komandasında məşqçi təyinatları reallaşıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, ötən mövsüm “Sabah”ın əsas komandasında çıxış etmiş 29 yaşlı yarımmüdafiəçi Bəxtiyar Soltanov bundan sonra klubun əvəzedicilərindən ibarət kollektivində köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

“Sabah-2”-də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub.

Mehdiyev daha öncə “Simurq” FK-da, həmçinin əsas, U-19 və U-17 millilərində çalışıb.

Bəxtiyar Soltanov 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.

“Sabah”ın əvəzedici komandasının baş məşqçisi Rövşən Babayevdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43