Kateqoriyasız

“Sabah”ın Bakı toplanışındakı rəqibləri bilindi

Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah”ın Bakı toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.

“Sumqayıt”la matç “Kapital Bank Arena”da, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da olacaq.

Qeyd edək ki, “Sabah” iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43